Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər ölməz, Vətən bölünməz!

25.09.2023

 Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 27 sentyabr - Anım gününə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı tədbir keçirillib.

Tədbir başlamazdan öncə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb. O, bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində, Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olub.

Tədbirdə çıxış edənlər  xalqımızın hər zaman 27 Sentyabr-Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcəyini, Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacağını vurğulayıblar

Tədbir Vətən müharibəsindəki qələbəmizi özündə əks etdirən filmin nümayişi və ədəbi-bədii kompozisiya ilə davam edib.