Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən bizə əmanətdir

27.09.2023

Cəlilabad rayon Mərkəzi Kitabxanasında Anım Günü ilə bağlı “Vətən bizə əmanətdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı Varid Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Meyxoş Abdullah, şəhid atası Habil Hüseynov, qazilər, “Gənc Qazilər” İctimai Birliyinin sədri, Mirlətif Mirislam oglu adına MMC Təbib tibb kursunun tələbələri və Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhislərin əziz xatirəsi bir dəqiəlik sükutla yad olunub.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Sonra Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində əsgər və zabitlərimizin şücaət və fədakarlıqlarından söhbət açılıb, şəhidlərin əziz xatirəsini ehtiramla anılıb.

Yekunda məktəb şagirdlərinin ifasında vətənpərvərlik şeirləri səsləndirilib.