Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc partiya fəallarının Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası

26.09.2023

YAP Yardımlı rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra təşkil olunan dəyirmi masada Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən bəhs olunub.