Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib

26.09.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzində  "Yenilməz xalqın qəhrəman oğulları” mövzusunda tədbir keçirilib

Tədbirdə mərkəzin əməkdaşları, Köryədi kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə unudulmayan tariximizə çevrilən Vətən Müharibəsində şəhidlərimizin, qazilərimizin göstərdiyi əvəzsiz qəhrəmanlıqlardan söz açıb.

Yekunda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib və Anım Gününə həsr olunan sərgiyə baxış keçirilib.