Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib

25.09.2023

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Biz sizinlə fəxr edirik” adlı anım tədbiri keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailə üzvləri, qazilər, gənclər, təşkilatçı qurumların rəhbərləri və əməkdaşları iştirak edib.   

Əvvəlcə vətənin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin şücaətindən danışıb.

Şəhid  anası Mehriban Əliyeva isə çıxış edərək oğlunun vətənpərvərliyindən söhbət açıb və şəhid anası olaraq qürurlu olduğunu dilə gətirib, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı düşməndən azad etməsinə görə fəxr hissi keçirdiyini bildirib.

 Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayevaya  öz çıxışlarında Vətən müharibəsində iştirak etmiş hər bir vətən övladının daim Azərbaycan xalqının qəlbində yaşayacağını və göstərdikləri şücaətdən gələcək nəsillərin də ilham alacağını vurğulayıblar

Daha sonra  GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Lamiyə Quliyeva Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki olan ruh yüksəkliyindən danışıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə tezliklə sağlamlığına qovuşmağı arzulayıb.

Tədbirdə iştirak edən qazilər qüdrətli Azərbaycan ordusunun bu gün də, xalqımızın suverenliyi, müstəqilliyi uğurunda istənilən tapşırığı yerinə yetirdiyini və özlərinin sağlıq problemlərindən aslı olmayaraq lazım gələrsə vətən üçün canlarından keçməyə hər an hazır olduqlarını qeyd ediblər.

Yekunda 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Masallı şəhidlərinin sərgisinə baxış keçirlib.