Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”Beynəlxalq Sülh Günü”nə həsr olunan tədbir keçirilib

21.09.2023

Astara rayon Mərkəzi Kitabxanasında “Beynəlxalq Sülh Günü”nə həsr olunan tədbir keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd olunub ki, BMT-nin qərarına əsasən, 1981-ci ildən etibarən 21 sentyabr bütün ölkələrdə Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində - hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir. Sülh Günü kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur. Vurğulanıb ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Sülh və əmin-amanlıq şəraitində yaşamaq xalqımızın da ən böyük arzusu və istəyidir.