Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölməzlik timsalı-Şəhidlər

22.09.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi İntiqam Abbasovun anadan olmasının 45-ci ildönümü münasibətilə tədbir keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfərindən eləcə də şəhid İntiqam Abbasovun həyat və döyüş yolundan söhbət açılıb. 

Qeyd edək ki, İntiqam Abbasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycancan Respublikası Prezidentin müvafiq Sərəncamılarına əsasən, şəhid İntiqam Abbasov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərinə görə” medalları ilə təltif edilib.