Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan və Türk tarixinin, mədəni irsinin dünyada təbliğ olunması

22.09.2023

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan və Türk tarixinin, mədəni irsinin dünyada təbliğ olunması” mövzusunda tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə əvvəlcə vətənin azadlığı və torpaqlarımız uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Türklərin öz tarix və mədəniyyətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında xüsusi yer aldığını vurğulayıb. Ə. Tağıyeva bildirib ki, azərbaycançılıq və türkçülüyün  böyük bir tarixi keçmişi vardır. Bu tarixi dəyərlər müasir dünyada Türk xalqlarının, dövlətlərinin birliyinə öz tövhəsini verir.

Sonra çıxış edənlər Masallı Dövlət Regional Kollecinin Tarix müəllimi Nazim Əliyev və GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev Türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ictimai-siyasi modelinin və ədəbi-bədii fıkrinin formalaşmasındakı rolundan, tarixi kökləri olan zəngin mədəniyyətindən, dünyada yerləşdiyi coğrafiyalardan geniş söhbət açıblar.