Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallının mədəniyyət işçiləri qazi və şəhid ailələrini ziyarət ediblər

21.09.2023

27 Sentyabr - Anım Günü ərəfəsində də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Masallı rayon Komitəsinin sədri Vəkil İsmailov və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin sturukturuna daxil olan rayon mədəniyyət müəssisələrinin əməkdaşları Masallı şəhərində və rayonun Musaküçə, Təzə Alvadı kəndlərində yaşayan qazi və şəhid ailələrini ziyarət ediblər. 

Ziyarət zamanı Azərbaycanın qəhrəman oğullarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qanlı döyüşlərdə göstərdiyi igidliklərdən bəhs olunub, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.

Ailələrə mənəvi dəstək və ehtiramlarını ifadə edən ziyarətçilər onların qayğı və ehtiyacları ilə maraqlanıblar.

Sonra MİHİ Masallı rayon Komitəsinin tədarük etdiyi yardım bağlamaları ailələrə təqdim olunub.