Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dünənin, bu günün, gələcəyin partiyası

19.09.2023

Lerik Rayon  Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə  Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü  uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov YAP Lerik Rayon Təşkilatının yaranma tarixi haqqında məlumat verib.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov,rayon təhsil sektorunun əməkdaşı Hüseynbala Əliyev Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib və Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin Yeni Azərbaycan Partiyasını ümumxalq partiyasına çevirməsindən, Lerik rayon təşkilatının yaranma zərurətindən və uğurlarından danışıblar.

Sonda bir qrup fəal partiya üzvünə Fəxri Fərman təqdim edilib.