Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

19.09.2023

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavidan Rəşidov, Həsən Hümbətov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimli, Heydər Əliyev Mərkəzin direktoru Ofeliya Qəhrəmanlı, din xadimləri və ziyalılar iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb, 44 günlük müharibə ərzində Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyulduğu söylənilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çəkilmiş “Oxu” filmi nümayiş etdirilib.