Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc partiya fəalları Lənkəran şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

15.09.2023

“Heydər Əliyev İli” ilə əlaqədar YAP Lənkəran rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunaraq, abidə önünə gül dəstələri düzülüb.Sonra gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilib.

Yekunda xatirə şəkilləri çəkdirilib