Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Milli Musiqi Günü ilə bağlı keçirilən tədbirdə uşaqlar istedad və bacarıqlarını nümayiş etdiriblər

18.09.2023

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 138-ci ildönümü və Milli Musiqi Günü ilə bağlı Lənkəran şəhərinədki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində tədbir keçirilib

Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və mədəniyyət nümayəndələri iştirak edib.

Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmanla dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü hər il Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Tədbir musiqi məktəbinin və uşaq evinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı ilə başa çatıb.

Yekunda uşaq evinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edilib.