Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından bəhrələnir

18.09.2023

Sentyabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində 18 sentyabr “Milli musiqi günü”nə həsr olunmuş “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından bəhrələnir”adlı tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı şəhər Onbirillik İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəylinin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva , Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin direktoru Fərhad Qurbanov bildiriblər ki, Mədəniyyət və incəsənət Ulu Öndər Heydər Əliyev siyasətinin ən bariz tərkib hissələrindən biri idi. Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yeri olan Üzeyir Hacıbəyli,Qara Qarayev,Niyazi,Fikrət Əmirov və bir çox bəstəkarlara ən ali səviyyədə dəyərin verilməsi Ulu Öndərin Azərbaycanın görkəmli sənətkarlarına,mədəniyyət xadimlərinə və ictimaiyyətinə yüksək qayğısının parlaq nümunəsi idi.

Tədbir Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.

Məktəbin xalq-çalğı alətləri ansamblı, uşaq xoru, müəllim və şagirdlərinnin ifasında təqdim edilən klassik musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Yekunda xatirə şəkilləri çəkilib.