Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “İşgüzar həyata hazırlıq təlimləri”layihəsi çərçivəsində gənclər üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim keçirilib

14.09.2023

Masallı rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “İşgüzar həyata hazırlıq təlimləri”layihəsi çərçivəsində gənclər üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin direktoru Dilbər İbayeva belə təlimlərin gənclərin karyera quruculuğuna və şəxsi inkişafına müsbət təsir etdiyini, əmək bazarına uyğun kadrların formalaşmasında mühüm əhəmiyyətli olduğunu vurğulayıb və belə təlimlərdə gənclərin aktiv olmasını tövsiyyə edib.   

Təlimçi, karyera məsləhətsiçi Orxan Əliyevin təqdimatında keçirilən təlimdə “Uğurlu müsahibənin sirləri”, “Müsahibənin mərhələləri”,  “İşəgötürənin tələblərini necə qarşılayaq?” mözvularından danışılıb, komanda işləri və enercayzerlər icra edilib.

Qeyd edək ki, layihə çərçivəsində təlimlər silsilə olaraq davam etdiriləcək.