15.09.2023
“Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq sentyabrın 15-də Lerik rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 3 saylı tam orta və Anbudərə kənd ümumi orta məktəblərində olublar.
2023-2024-cü tədris ilinin ilk dərs günü “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr edilib. Mərkəzin əməkdaşları şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irisi haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, bu gün əldə olunan bütün qələbələrdə, uğurlarda Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Və bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlara aparır. Ulu Öndərin işıqlı ideyaları daim yaşayacaqdır.