08.09.2023
Sentyabrın 8-də Lerik rayon Mədəniyyət Mərkəzində “Xəmsə” Milli İntellektual oyunu keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun, Lerik rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyun iki mərhələdən ibarət olub. Birinci mərhələ sentyabrın 3-də, ikinci mərhələ isə sentyabrın 8-də baş tutub.
Birinci mərhələdə 8 komanda iştirak edib. 4 komanda "Xarı bülbül", "Hədəf", "Dəmir yumruq" və "Lisey komandası ikinci mərhələyə vəsiqə qazanıb.
Sentyabrın 8-də keçirilən ikinci mərhələdə Monidigah və Anbu kənd məktəblərini təmsil edən "Xarı bülbül" komandası I, Lüləkəran kənd məktəbini təmsil edən "Dəmir yumruq" komandası II, Çayrud, Rvarud və Andurma kənd məktəblərini təmsil edən "Hədəf", həmçinin Lerik şəhər 1 saylı texniki fənlər təmayülü liseyini təmsil edən "Lisey" komnadaları III yerə layiq görülüb.
Qeyd edək ki, “Xəmsə” Milli İntellektual oyunu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və gənc müəllimlər arasında keçirilib.