08.09.2023
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində gənc müğənni Allahverən Pərvizoğlunun atasına həsr etdiyi "Ata Həsrəti" mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, rayon ziyalıları iştirak edib.
Tədbiri giriş sözü ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev açaraq gənc muğənni Allahveren Pərvizoğlu haqqında məlumat verib.
Sonra klip nümayiş olunub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Qasımzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, Şəhid Baş Leytenant Mais Abbasovun anası Zahirə Abbasova, Lənkəran rayon Ağsaqqallar şurasının üzvü Fəxrəddin Canıyev, Lənkəranın ilk alim xanımı Tükazban Cahangirova, Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbinin direktor müavini Rəsidə Məmmədova, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Xalq Çağlı Alətləri Şöbəsinin müdiri, Tanınmış Kamança ifaçısı Ilqar Əliyev çıxış edərək 3 dəfə Respublika mahnı müsabiqəsinin qalibi gənc muğənni Allahverən Pərvizoğlunun rayonunun ictimai-siyasi həyatında fəal iştirakından, qazandığı nailiyyətlərdən danışıb və ona uğurlar arzulayıblar.
Yekunda gənc muğənni Allahveren Pərvizoğlu çıxış edərək “Ata Həsrəti” mahnısının müəllifi gənc şair-publisist Sevindik Nəsiboğlunun təbrik məktububu qonaqlara çatdırıb, həmçinin yaradılan şərait üçün Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliynə və gələn qonaqlara təşəkkür edib.