Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəsul Həmzətov-100

08.09.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Dağıstanın Xalq şairi, tərcüməçi-publisist Rəsul Həmzətovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda şairin həyat və yaradıcılığından, onun tərcümə etdiyi, eyni zamanda ön söz yazdığı kitablardan bəhs edilib.

Qeyd edək ki, 1923-cü il sentyabrın 8-də Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açan Rəsul Həmzətovun ilk müəllimi atası olub. R.Həmzətov ilk şeirini 11 yaşında olarkən yazıb. O, orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1943-cü ildə ilk şeirlər toplusu olan “Sevgi məşəli və acı ədavət” çap edilib. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. 1947-ci ildə isə onun rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. R.Həmzətov Dağıstanın Xalq şairi, Sosialist Qəhrəmanı adlarına, eləcə də Lenin Mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos Mükafatına layiq görülüb. O, Dağıstan şairi olsa da, orada böyüyüb başa çatsa da, Azərbaycana çox bağlı olub.

Rəsul Həmzətov 2003-cü il noyabrın 3-də vəfat edib.