Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda xüsusi qayğıya ehtiyacı olan uşaqlar ziyarət olunub

06.09.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqları növbəti dəfə ziyarət ediblər.

Qeyd edək ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi qoruyaq” adlı layihəyənin davamı olaraq keçirilib.

Layihə çərçivəsində bu dəfə Lənkəran oğlanlar üçün 2 nömrəli ailə tipli kiçik qrup evinin sakinlərinə baş çəkilib.