Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada şəhid Rəhman İsmayılovun ailəsi ilə görüş keçirilib

06.09.2023

Astara Tarix-Diyarşünaslıq Muzseyində şəhid Rəhman İsmayılovun ailəsi ilə görüş keçirilib.

Tədbirdə şəhidin həyat yoldaşı Aysel Əliyeva, qızı Aylin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri və mədəniyyət nümayəndələri iştirak edib.

Çıxışlarda şəhidin həyat və döyüş yolundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsindən bəhs edilib.

Tədbirdə çıxış edən şəhidin həyat yoldaşı Rəhman İsmayılovun xatirələrindən danışıb.

Yekunda şəhidin qızına hədiyyə təqdim olunub.

Qeyd edək ki, Rəhman İsmayılov 44 günlük Vətən müharibəsi  zamanı Cəbrayıl və Quabdlının azad olunması uğrunda gedən döyüşlərdə oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib. Ağstafanın Muağanlı kəndində dəfn edilib.

Azərbaycan  Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən Rəhman Mehti oğlu İsmayılov ölümündən  sonra  “ Vətən uğrunda “, “Cəbrayılın azad olunmasına  görə”, Qubadlının  azad olunmasına görə”,  “Hərbi xidmətlərə  görə” medalları ilə təltif olunub.

Şəhidin həyat yoldaşı və qızı Astara rayounun Ərçivan qəsəbəsində yaşayır.