Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

06.09.2023

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının gənc fəalları Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Ekskurisya zamanı mərkəzin baş fond mühafizi Elza Kazımova müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətləri haqqında gənclərə geniş məlumat verib.

Sonra ekskursiyaçılar mərkəzdəki eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən “Tədbirlər Planı” çərçivəsində Ulu Öndər Heydər Əliyevin  zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Gənc partiya fəallarının Astara rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası bu tədbirlər çərçivəsində təşkil edilib.