Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib

05.09.2023

Sentyabrın 5-də Astara Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi iştirakçısı Həsənzadə İlqar Arif oğlu ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Gülzar İsmayılova 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O vurğulayıb ki, bu müharibə ordumuzun, qəhrəman hərbçilərimizin gücünü və peşəkarlığını nümayiş etdirdi.

Sonra müharibə iştirakçısı İlqar Həsənzadə çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, müharibə dövründə əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan əsgəri dövlət-xalq-ordu birliyindən aldığı mənəvi dəstəklə daha da ruhlandı, hər bir qarış torpaq uğrunda sonadək mübarizə apardı. O, qazanılan Qələbənin hər bir azərbaycanlı üçün qürurverici olduğunu, bu ali yolda xidmətləri olan Vətən övladlarının daim iftixarla xatırlandığını deyib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Həsənzadə İlqar Arif oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Fizulinin azad  olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə”, “Vətən uğrunda” medalları  ilə təltif olunub.