Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə Milli Qəhrəmanın anım günü qeyd edilib

02.09.2023

Lerikdə Milli Qəhrəman, şəhid Valeh Müslümovun anadan olmasının 55 -ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amid Heydərovun atası Rəbbil Heydərov, Milli Qəhrəmanın atası Əlizahid Müslümov, şəhid anaları, mədəniyyət nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə şəhidin büstü və məzarı siyarət edilib. Sonra ölkəmizin  ərazi  bütövlüyü uğrunda  canlarından keçən şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Milli Qəhrəmanın həyat və döyüş yolundan, 44 günlük Vətən müharbəsində Azərbaycan Ordusunun qələbəsindən söhbət açılıb.

Yekunda şəhidin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.