Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib

31.08.2023

Avqustun 31-də Lənkəran şəhər Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan müəssisə əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Seminar-müşavirəni mərkəzin direktoru Anar Kəkəyev açaraq mədəniyyət sahəsində görülən işlərdən, aparılan islahatlardan danışıb. Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunan daxili nizam-intizam qaydaları haqqında Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan kollektiv üzvlərinə ətraflı məlumat verilib.

Tədbirdə mədəniyyət sahəsində mövcud problemlər dinlənilib, suallar cavablandırılıb və səsləndirilən təkliflər qeydə alınıb. Mövcud problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib.

Yekunda fəaliyyəti ilə fərqlənən bir neçə mədəniyyət işçisinə “Fəxri Fərman”lar təqdim olunub.