Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc rəssam Lamiyə Niftullayevanın fərdi sərgisi

02.09.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində gənc rəssam Lamiyə Niftullayevanın fərdi sərgisi keçirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan sərgidə mərkəzin direktoru Reyhanə Sadıxova çıxış edərək sərgi ilə bağlı təəssüratalarını bölüşüb və rəssamı ilk fərdi sərgisi münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edilib ki, dövlət gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olub. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti bu gün də onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə gənc rəssamın müxtəlif mövzuda işlədiyi rəsm əsərləri nümayiş olunub.