Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur

29.08.2023

Masallı rayon Heydər Əliyev Mərkəzində“Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur” mövzusunda fəal qadınlarla görüş keçirilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə keçirilən görüşdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan qadının cəmiyyətdə mühüm yer tutmasından, dövlət siyasətinin əsas prioritetlərindən biri olan qadına, anaya, yüksək dəyərin verilməsindən bəhs edilib.

Qeyd edilib ki, Azərbaycanda qadın siyasətinin tərəqqisi həmişə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olan aktual məsələlərdən olmuşdur.