Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Can, sənə qurban ay Laçın!

26.08.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Laçın şəhəri günü"nə həsr edilmiş "Can, sənə qurban ay Laçın!" tədbir keçirilib.

Tədbirdə Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, təhsil və mədəniyyət nümayəndələrə, məktəblilər, gənclər, ziyalılar iştirak edib. 

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində təşkil olunan məktəblilərin əl işlərindən ibarət "Laçın şəhəri günü" başlıqlı sərgiyə baxış keçiriliblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, işğaldan azad olmuş ərazilərdə, o cümlədən Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs edilib.

Sonra şagirdlərin və balaca fidanların ifasında “Can sənə qurban ay Laçın!” adlı bədii kompozisiya təqdim olunub.

Yekunda şəhid Əsgərli Aslan Əkbər oğlunun yağlı boya ilə kətan üzərinə çəkilmiş portreti şəhidin anasına təqdim olunub.