25.08.2023
Azərbaycan Respublikasının işğaldan azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən avqustun 25-də Astara Tarix-Diyarşünaslıq muzeyində “ 26 avqust-Laçın şəhəri günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə şəhid anası Gülnarə Səttarova, qazi Kamran Həsənov, Amid Hüseynov, 706 Kəşfiyyat Bölüyünün Operator Qrup Komandiri Cəsarət Quliyev, I-ci Qarabağ müharibəsi veteranı, gizir İsfəndiyar Babayev və mədəniyyət nümayəndələri iştrak edib.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə muzeyin direktoru Gülzar İsmayılova mövzu ilə bağlı məruzə edib. Sonra məruzə ətarında çıxışlar dinlənilib.
Yekunda tədbir iştirakçıları I və II Qarabağ müharibəsi şəhidlərinə həsr olunan sərgiyə baxış keçiriblər.