Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın-məğrur şəhərin hekayəsi

25.08.2023

Astara rayon Heydər Əliyev Mərkəzində “Laçın-məğrur şəhərin hekayəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, MİHİ Astara rayon komitəsinin, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Astara rayon filialının nümayəndələri, Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbinin kollektivi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Laçın şəhərinin tarixindən və 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbəmizdən söhbət açılıb.

Yekunda tədbir iştirakçıları Astara Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.