Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Laçın şəhəri günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib

25.08.2023

Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Laçın şəhəri günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Kitabxanada keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən, 44 günlük İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, işğaldan azad olmuş ərazilərdə, o cümlədən Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs edilib.

Açıq havada təşkil olunan “Azadlığıa qovuşan Laçın” başlıqlı kitab sərgisində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını, 44 günlük Vətən müharibəsindəki Ordumuzun qələbəsini əks etdirən kitablar və kitabxananın fonduna daxil olan yeni nəşrlər nümayiş olunub.

“Şəkərbala” uşaq bağçasında təşkil olunan “Nağıl saatı”nda balacalar üçün “Xarıbülbülün nağılı” oxunub.