Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində “Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib

25.08.2023

Avqustun 25-də Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində “26 avqust - Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Lənkəran Veteranlar klubunun, mərkəzi kitabxananın, Həzi Aslanov adına ev Muzeyinin əməkdaşları iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Laçın şəhərinin tarixindən, 44 günlük Vətən müharibəsində Ordumuzun göstərdiyi şücaətdən və işağldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən bəhs edilib.