Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”Erkən nikah günümüzün faciəsidir” mövzusunda tədbir keçirilib

24.08.2023

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Erkən nikah günümüzün faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Astara rayon Polis Şöbəsinin, mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları və oxucular iştirak edib.

Tədbirdə Astara rayon Polis Şöbəsinin YYÇPİTQ-nin inspektoru leytenant İxtiyar Arizzadə tərəfindən iştirakçılara erkən nikah və qohum nikahları, müvafiq problemlərin səbəbləri, fəsadları, bu məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları və bu sahədə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

Yekunda mövzu ilə əlaqədar mərkəzi kitabxanada təşkil olunan sərgiyə baxış keçirilib.