Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin dövlət-din siyasəti: multikulturalizm və tolerantlıq ənənələri

16.08.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin dövlət-din siyasəti: multikulturalizm və tolerantlıq ənənələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, Yardımlı Rayon Gənclər və İdman Sektorunun müdiri Şəhriyar Şabıyev, din xadimləri, dini icma sədrləri, eləcə də gənclər iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanda multikulturalizm və tolerantlığın banisidir. Vurğulanıb ki, Ümummilli Liderimiz  tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O da bildirilib ki, Ulu Öndər Azərbaycanda yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə hörmət və ehtiram göstərib, adət-ənənələrinə qayğı ilə yanaşıb.