Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda kitab sərgisi təşkil edilib

17.08.2023

Masallı rayon Mərkəzi Kitabxanasının qarşısında kitab sərgisi təşkil olunub.

Sərgidə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr olunan nəşrlər, yerli və xarici yazarların əsərləri nümayiş olunub.

Sərgidə oxuculara açıq havada kitab oxumaq, habelə kitabxanaya üzv yazılmaq imkanı yaradılıb.

Qeyd edək ki, sərginin məqsədi kitabxanalara yeni oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaqdır.