Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Çox oxuyaq, çox bilək” adlı viktorina keçirilib

15.08.2023

Cəlilabad rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə yaradılmış Günərzi qayğı mərkəzində “Çox oxuyaq, çox bilək” adlı viktorina keçirilib.

Günərzi qayğı mərkəzinin uşaqları arasında keçirilən viktorina tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“Mübariz” və “Cəsur” komandaları adı ilə yarışan uşaqlar münsiflər tərəfindən qiymətləndirilib. Viktorinanın yekun nəticələrinə görə “Cəsur” komandası birinci yerə layiq görülüb.

Sonra Günərzi qayğı mərkəzinin uşaqları hazırladıqları kiçik səhnəcikləri nümayiş etdiriblər.

Yekunda səyyar xidmət göstərilməsindən ötrü Cəlilabad rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsilə Günərzi qayğı mərkəzi arasında müqavilə bağlanıb.