Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

14.08.2023

Avqustun 14-də Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd olunub ki, müasir dövrdə dini dəyərlərimizin bünövrəsi, ali mənəviyyat yolunun başlanğıcı xalqımızın Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər dövründə həyata keçirilən ideologiya və siyasət milli kimliyin inkişafının əngəllənməsi və onun zəruri hissəsi olan milli-mənəvi dəyərlərin sıxışdırılmasından ibarət olub. Milli-mənəvi, dini dəyərlərimizə qarşı təzyiqlərin olduğu bir vaxtda Heydər Əliyev mətinliklə çıxış edərək Azərbaycan xalqının kimliyinin, məfkurəsinin formalaşmasında müstəsna rol oynamış, ali dini dəyərlərin dirçəldilməsi və düzgün dərk edilməsi istiqamətini öz siyasətinin prioritetlərindən biri hesab etmişdir.