Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mərkəzi Kitabxanasına ekskursiya

12.08.2023

Avqustun 12-də Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən "Rəsm" dərnəyinin üzvləri mərkəzi kitabxanaya ekskursiya ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ekskursiya zamanı kitabxananın əməkdaşı Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Sonra dərnək üzvlərinə kitabxananın Xidmət və Uşaq şöbələrinin fəaliyyəti, kitab fondunun tərkibi və abunə qaydaları haqqında məlumat verilib.

Yekunda ekskursiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin 100 illiyinə, Qarabağ şəhidlərinə həsr olunan sərgilərə baxış keçiriblər.  

Qeyd edək ki, kitabxana ilə tanışlıq uşaqların dünyagörüşünün yüksəldilməsi və mütaliə marağının təşviq edilməsində müsbət əhəmiyyət kəsb edir.