11.08.2023
Avqustun 11-də Lənkəran şəhər Mərkəzi Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclik-parlaq gələcəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Lənkəran rayon şöbəsi üzvləri, Vətən müharibəsi veteranları və könüllü gənclər iştirak edib.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda qeyd olunub ki, Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.