Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanlar unudulmur

11.08.2023

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanları Aslan Atakişiyev və Fəxrəddin Cəbrayılova həsr olunan “Qəhrəmanlar unudulmur” mövzusunda tədbir keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları, Astara şəhər 3 saylı orta məktəbin müəllim və şagird kollketivi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda milli qəhrənanların həyatı və döyüş yolu haqqında geniş məlumat verilib.

Sonra şagirdlərin hazırladığı təqdimatlar və şeirlər dinlənilib.

Yekunda mövzu ilə bağlı sərgiyə baxış keçirilib.