Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclik hər bir millətin ümidi, gələcəyidir

11.08.2023

Avqustun 11-də Masallı rayon Mərkəzi Kitabxanasında 12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar  “Gənclik hər bir millətin ümidi, gələcəyidir” adlı tədbir keçrilib.

Tədbirdə kitabxananın əməkdaşları Rasif Dadaşov və Aidə Quliyeva çıxış edərək bildiriblər ki, BMT Baş Məclisinin təsisçiliyi əsasında 1998-ci ildə hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən bu gün gənclərin nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.

Qeyd edilib ki, Azərbaycan bir çox sahədə olduğu kimi, bu sahədə də bir çox ölkəni, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Azərbaycanda dövlət gənclər siyasəti onlara həmişə böyük qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycan gənclərinin inkişafı və xarici ölkələrdə təhsil üzrə çoxsaylı Dövlət proqramları qəbul olunub. Sevindirici haldır ki, gənclər də dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.