Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada uşaqlar üçün “Nağıl saatı” keçirilib

10.08.2023

Avqustun 10-da Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı uşaq bağçasında uşaqları kitabxanaya cəlb etmək və onların mütaliəyə marağını artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Nağıl saatı” keçirilib.

“Nağıl saatı”nda kitabxananın əməkdaşı Aysel Əhmədova uşaqlar üçün “Quzu”, “Qoğal” və “Tıq tıq xanım” nağıllarını oxuyub.

Sonra balacalar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söyləyiblər.

Yekunda “Nağıl saatı”nda fəal iştirak edən uşaqlara jurnallar hədiyyə olunub.