Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası

03.07.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda tədbir keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkədə yeni iqtisadi sistemin əsasını qoyması, aparılan iqtisadi islahatlar haqqında məlumat verilib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasından, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasından bəhs olunub.