Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu

25.06.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biri olduğu bildirilib, Ulu Öndərin Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən söz açılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yolun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə olmasından, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi zəfərdən də bəhs edilib.