Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Silahlı Qüvvələr Günü qeyd olunub

26.06.2023

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Cəlilabad rayonundakı “N” saylı hərbi hissədə təntənəli surətdə qeyd olunub.

Tədbirdə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev çıxış edərək mədəniyyət nümayəndələri adından hərbi hissənin şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli xidmətlərində uğurlar arzulayıb. O, çıxışında Silahlı Qüvvələr Gününün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində qarşılandığını qeyd edib.

Vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə bunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirdi və düşməni yerlə-yeksan etdi.

Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.