Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tariximizin Zəfər səhifəsini yazan Müzəffər Azərbaycan Ordusu

23.06.2023

Masallı rayon Mərkəzi Kitabxanasında 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar “Tariximizin Zəfər səhifəsini yazan Müzəffər Azərbaycan Ordusu” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, dahi dövlət xadimi Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusu formalaşıb. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi məhz bu müdrik siyasətin parlaq təzahürüdür.