Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 İyun-Silahlı Qüvvələr Günüdür

23.06.2023

Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən Qodman kənd kitabxana filialında 26 iyun- Silahlı Qüvvələr günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri iştirak ediblər. 

Filial müdiri Sevanə Mənsimova Silahlı Qüvvələr Gününün yaranma tarixi və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şücaətindən söhbət açıb.

Sonda iştirakçılar sərgi və kitablarla tanış olublar.