Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda uşaq yaradıcılıq festivalı keçirilib

24.06.2023

Masallı rayonunun Çaxırlı kəndində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib. Masallı rayon İcra Hakimiyyətinin, Gənclər İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalda ümumtəhsil məktəblərinin şagirdləri və mədəniyyət müəssisələrinin dərnək üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şagirdlərin və dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Festivalda uşaqlar bir-birindən maraqlı rəqs, idman və musiqi nömərləri ifa edib, şeirlər söyləyiblər. Tədbir Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.

Sonda festivalda fəal iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, yaradıcılıq festivalının əsas məqsədi istedadlı uşaqların inkişafının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.