Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənə əsgər olaq

23.06.2023

İyunun 23-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin,Masallı rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 26 iyun- Azərbaycan Respublikaının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Vətənə əsgər olaq” mövzusunda tədbir keçirilib.

Muzeydə keçirilən tədbirdə hərbiçilər, şəhid ailələri, müharibə veteranları, qazilər, mədəniyyət və media nümayəndələri iştirak etdib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid ailələri İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə, ehtiyatda olan mayor  Ramiz Tağıyev, Vətən müharibəsi iştirakçısı Həmid Mənsimov, Ədalət Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən danışıb, qəhrəman şəhid və qazilərin döyüş yolundan söhbət açıblar. Vurğulanıb ki, xalqımızın qazandığı Zəfər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük təsir göstərir.

Sonra şəhid anası Mehriban Sultanzadə gənclərin vətənpərvər ruhda yetişmələrində əsas rol oynayan marifləndirici tədbirlərin keçirilməsinin vacibliyindən danışıb və vətənin keşiyində mərd dura bilən igid oğul böyütdüyünə görə qürur duyduğunu qeyd edib.

Yekunda təşkilatçılar tərəfindən tədbir iştirakçılarına “Təşəkkünamələr” təqdim olunub və “Mübariz Ordumuz” adlı sərgiyə baxış keçirilib.