20.06.2023
Masallı Tarix Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında İnsan Hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” nın icrası ilə bağlı “Etnik azlıqların mədəni irsinin qorunub saxlanması” mövzusunda tədbir keçirilib.
Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, gənclər və Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan rəhbərliyinin düzgün milli siyasəti nəticəsində ölkəmizdə milli azlıqlara öz mədəniyyətlərini və dəyərlərini qoruyub saxlamaq, inkişaf etdirmək üçün hər cür imkan və şəraitin yaradılmasından danışıblar.
Qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən azsaylı millətlərin və xalqların inkişafı ilə əlaqədar müvafiq fərman və sərəncamlar imzalanmış və hazırda bu istiqamətdə mühüm işlər uğurla davam etdirilir.
Sonra sənətkar Fəridə Hüseynova talış etnik azlıqların bir nümayəndəsi olaraq özünün yaşatdığı sənət növündən və mədəni irsin gənclər arasında təbliğinin tərbiyəvi əhəmiyyətindən söhbət açıb.
Yekunda tədbir iştirakçılarının sualları cavablandırlıb.